Myanmada zəlzələ nəticəsində ölənlərin sayı sayı 2700-ü ötüb

Myanmada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
1news.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, indiyədək 2719 nəfərin cəsədi tapılıb.
Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 13:20-də Myanmada 7,7 maqnitudalı güclü zəlzələ baş verib. Bundan cəmi 12 dəqiqə sonra isə 6,4 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.
82