Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq ölüb

Yardımlıda kişi qayadan yıxılaraq ölüb.
1news.az "Report"a istinadən xəbər verir ki, Peştəsər kənd sakini, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılıb. Nəticədə Ədalət Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 62 yaşlı kişi ölüb.
Faktla bağlı araşdırma aparılır.
94