Bakıda 20 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakının Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armatur oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E.Cabbarov və 27 yaşlı S.Nəsirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar aparılır.
123