Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.
Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
09:03
Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinindən məlumat verilib.
Bildirilib ki, müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.