Bakıda avtomobilini park edənlərin işi rahatlaşdı - Məntəqə nömrələri ilə bağlı YENİLİK - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobilini park edənlərin işi rahatlaşdı - Məntəqə nömrələri ilə bağlı YENİLİK - FOTO - VİDEO

Qafar Ağayev13:47 - 11 / 04 / 2025
Bakıda avtomobilini park edənlərin işi rahatlaşdı - Məntəqə nömrələri ilə bağlı YENİLİK - FOTO - VİDEO

Artıq iki ilə yaxındır ki, Bakı şəhərində Ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb.

Görülən bu iş nəticəsində paytaxt küçələrində dayanma, durma və parklanması ilə bağlı mövcud problemlərin qarşısı müəyyən qədər alındı, avtomobillərin parkinqi səliqəyə salındı.

Sürücülər “Azparking” mobil tətbiqi və ya sms vasitəsi ilə heç bir parklanma ödəmə cihazından istifadə etmədən, parklanma üçün nəzərdə tutulmuş ərazilərdə avtomobillərini rahatlıqla park edə bilirlər.

Bütün sahələrdə olduğu kimi bu sahədə müəyyən çatışmazlıqlar var idi. Belə ki, eyni küçədə məntəqələrin fərqli nömrəsinin olması sürücülərdə çaşqınlığa səbəb olurdu. Bəzən avtomobilini park edən sürücü yanlışlıqla yaxınlıqdakı başqa məntəqə nömrəsini qeyd edirdi. Bu zaman da sürücü cərimə olunurdu. Belə vəziyyət sürücülərin narazılığına səbəb olurdu.

Görünən odur ki, bununla bağlı da işlər görülür.

Belə ki, son vaxtlar Bakı şəhərində avtomobil sahiblərinin diqqətini çəkən dəyişikliklərdən biri də parkinq məntəqələrinin nömrələnməsi ilə bağlıdır.

Bu dəyişiklik sürücülər arasında suallar doğurub: yeni sistem nə zamandan tətbiq olunub? Məqsəd nədir? Parkinqlərlə bağlı başqa hansı yeniliklər gözlənilir?

Bu və digər suallarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov 1news.az-ın sorğusuna cavab olaraq bildirib ki:

“Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” qərarında ödənişli parklanma zonalarının əhatə etdiyi ərazilərin hüdudları müəyyən edilib.

“Qərara əsasən, Bakı şəhəri üzrə parklanma zonaları müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir.
Ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək, sui-istifadə hallarını aradan qaldırmaq məqsədilə müəyyən olunan ərazilər üzrə məntəqələr vahid nömrə ilə qeyd edilir. Müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi fevral ayından bir neçə küçədə pilot layihə olaraq sınaqdan keçirilib və hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur”.

O, bildirib ki, parklanma sahəsində yeniliklər barədə KİV, eləcə də AYNA-nın rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə çatdırılır”.

FOTO - VİDEO: Nadir İbrahimli

Paylaş:
688

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər