Ələt və Fatmayıda hərbi sursatlar tapılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ələt və Fatmayıda hərbi sursatlar tapılıb - VİDEO

Qafar Ağayev12:35 - 10 / 04 / 2025
Ələt və Fatmayıda hərbi sursatlar tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 mm-lik top mərmisi, 4 ədəd RQD-5 əl qumbarası və 4 ədəd UZRQM partladıcısı götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
126

Son xəbərlər

Bütün xəbərlər