Gədəbəydə ana və qızı döyülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə ana və qızı döyülüb

16:15 - 11 / 04 / 2025
Gədəbəydə ana və qızı döyülüb

Aprelin 11-də saat 13:40 radələrində 2 nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, TƏBİB-dən bildirilib ki, 1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib: "Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

Paylaş:
130

Son xəbərlər

Bütün xəbərlər