Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib

Qafar Ağayev12:46 - 14 / 04 / 2025
Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib

14 aprel tarixində Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi şəhər prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

1news.az xəbər verir ki, müşavirədə işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və əhalinin hüquqlarının müdafiəsi məsələləri ətraflı müzakirə olunub.

Baş prokuror çıxışında həmçinin, işğaldan azad edilmiş ərazilərdə qanunun aliliyinin tam şəkildə təmin olunması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Kamran Əliyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə hüquq-mühafizə sisteminin fəaliyyəti dövlətin suverenliyinin və hüquqi təsisatlarının real təcəssümüdür.

Müşavirə çərçivəsində xüsusi vurğulanan məsələlərdən biri də yerli əhali ilə qarşılıqlı etimada əsaslanan hüquq münasibətlərinin qurulması və cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi olub.

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər