Arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir - Sabahın havası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir - Sabahın havası açıqlandı

Qafar Ağayev13:02 - 16 / 04 / 2025
Arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir - Sabahın havası açıqlandı

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata əsasən, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Paylaş:
87

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər