Sel suları Ağsuda avtomobil yolunu yararsız hala salıb

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.
113