Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

16:22 - 19 / 04 / 2025
Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Bu gecədən Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

AAYDA sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Paylaş:
70

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər