Toyda zəhərlənən şəxslər evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyda zəhərlənən şəxslər evə buraxılıb

Qafar Ağayev09:53 - 19 / 04 / 2025
Toyda zəhərlənən şəxslər evə buraxılıb

19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Bu barədə 1news.az-a KTM-dən məlumat verilib.

Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

Qeyd edək bu gecə Bakıda Venesiya

şadlıq sarayında kütləvi zəhərlənmə qeydə alınıb.

Paylaş:
106

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər