Gənclikdə salınmış yeni parkda, Bahar Residence-in dəstəyi ilə “Bakının Baharı” adlı musiqili tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclikdə salınmış yeni parkda, Bahar Residence-in dəstəyi ilə “Bakının Baharı” adlı musiqili tədbir keçirilib - FOTO

12:00 - Bu gün
Gənclikdə salınmış yeni parkda, Bahar Residence-in dəstəyi ilə “Bakının Baharı” adlı musiqili tədbir keçirilib - FOTO

22 aprel 2025-ci ildə Bahar Residence-in dəstəyi ilə Gənclik ərazisində yerləşən, yeni salınmış parkda “Bakının Baharı” adlı musiqili tədbir keçirilmişdir. Tədbir ulu öndər Heydər Əliyevin şəhərsalma irsinə həsr olunmuşdur. Açıq havada dirijor Mustafa Mehmandarovun rəhbərliyi və Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə milli musiqilər səsləndirilmiş, baharın gəlişi təntənə ilə qeyd olunmuşdur.

Son illər sevimli Bakımızın sürətli inkişafı və gözəlləşən simasına yeni parkların salınması əvəzsiz töhfə vermişdir. Bu kimi təşəbbüslər ekologiyanı gücləndirməklə yanaşı, sosial həyatı zənginləşdirərək sağlam cəmiyyət formalaşdırır. Yaşıllıq sahələrinin genişləndirilməsi və təbii elementlərin müasir yaşayışla harmoniya içində birləşdirilməsi, sakinlərə həm fiziki, həm də zehni sağlamlıq üçün yaxşı bir mühit yaradır, eyni zamanda icma hissini gücləndirir.

Bu istiqamətdə Heydər Əliyev tərəfindən dövründə atılan sağlam təməllər, Bakının bugünkü estetik cəhətdən zəngin və funksional infrastrukturuna sahib olmağına gətirib çıxarmışdır. Tədbir, paytaxtımıza baharı birdəfəlik gətirən bu əvəzolunmaz irsə həsr olunmuşdur.

Qeyd edək ki, paytaxt sakinlərinə şəhərin mərkəzində hər fəsil baharı yaşayacaqları xüsusi bir

məkan yaratmağı hədəfləyən Bahar Residence də tədbirdə iştirak etmişdir. Xatırlatmaq

istərdik ki, PMD və Kvan Group şirkətlərinin müştərək layihəsi olan, Bahar Residence 2027-

ci ildə istifadəyə veriləcək

Reklam hüququnda

Paylaş:
179

Son xəbərlər

Bütün xəbərlər