Azərbaycanda Çernobıl əlillərinin sosial təminatı sahəsində aparılan işlər açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Çernobıl əlillərinin sosial təminatı sahəsində aparılan işlər açıqlanıb

Qafar Ağayev11:49 - Bu gün
Azərbaycanda Çernobıl əlillərinin sosial təminatı sahəsində aparılan işlər açıqlanıb

Otuz doqquz il bundan əvvəl, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi diqqətdə saxlanılır və Prezident İlham Əliyevin tapşırığına əsasən bu istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, əlilliklərinin səbəblərinə görə Çernobıl əlilləri “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən ediliblər.

Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara ötən dövrdə 300-ə yaxın mənzil, 400-ə yaxın avtomobil verilib.

Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təminatı nəzərdə tutulub ki, bu da onlara xüsusi qayğını təzahür etdirir.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (1-ci dərəcə üçün 400 manat, 2-ci dərəcə üçün 350 manat, 3-cü dərəcə üçün 300 manat) verilir.

Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat, 2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin edilirlər. (Böyük əksəriyyəti pensiya ilə təmin olunurlar və onlara ödənilən pensiyaların minimum məbləği 260 manatdır)

Onlardan 1-ci dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü (130 manat) və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) ödənilir.

Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət verilir.

Həm Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, həm də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların sayı hazırda 5 min 500-dən çoxdur. Onlardan 2 min 510-u Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 3 mini isə "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlardır.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər