Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb - FOTO

Qafar Ağayev17:46 - Bu gün
Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Yardımlı şəhəri, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsus ticarət obyektində apardıqları yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, ticarət obyektində istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kiloqram olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb.

Eyni zamanda, qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər