İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12:55 - Bu gün
İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

1news.az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İran və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məsud Pezeşkiana, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər