Putin 8–10 may tarixlərində atəşkəs elan etdi: Rusiya Ukraynanın cavabını gözləyir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 8–10 may tarixlərində Ukraynada müvəqqəti atəşkəs rejimi tətbiq olunması barədə göstəriş verib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, atəşkəs qərarı Moskvada İkinci Dünya Müharibəsində Qələbə Gününün qeyd olunduğu tədbirlərlə eyni vaxta təsadüf edir.
Kremlin yaydığı rəsmi məlumata görə, atəşkəs addımı sülh danışıqlarına şərait yaratmaq məqsədi daşıyır. Bildirilib ki, Rusiya tərəfi Ukraynanın bu təşəbbüsə necə cavab verəcəyini gözləyir.
"Rusiya, Ukraynanın da bu nümunəni izləməli olduğuna inanır. Əgər Ukrayna tərəfi atəşkəsi pozarsa, Rusiya Silahlı Qüvvələri adekvat və təsirli cavab verəcək", – deyə Rusiya rəsmiləri vurğulayıb.
Hazırda tərəflər arasında atəşkəsin davamlılığı və sülh danışıqlarının gələcək taleyi diqqət mərkəzindədir.