ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO

Qafar Ağayev11:06 - Bu gün
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilib.

1news.az-a ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilib.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığnın artırılması, atəş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları icra edilib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər