“AF Mall”da “KARE” brendinin yeni şourumu açılıb - FOTO

17 aprel 2025-ci il tarixində "AF Mall" mərkəzində Almaniyanın məşhur mebel və interyer əşyaları brendi "KARE"nin yeni şourumu açılıb.
Brendin əsası 1981-ci ildə Münxendə iki kreativ lider Yurgen Rayter və Peter Şonxofen tərəfindən qoyulub. "KARE"nin təklif etdiyi hər şey qeyri-adi, orijinal dizayn, texniki innovasiyalar, düşünülmüş konstruksiyalar, material və işləmələrin ən yüksək keyfiyyəti və əlbəttə ki, məşhur almansayağı praktikliyin sintezindən ibarətdir. Brendin fəlsəfəsi seçilən, orijinal, ilham verən, sahibinin interyerdə öz tərzi və individuallığını tam ifadə etməyinə imkan verən əşyaların ərsəyə gətirilməsini ehtiva edir.
Brendin simvolu "KARE"nin təsisçilərindən biri olan Yurgen Rayterin sevimli ev heyvanının təsvirini özündə əks etdirən buldoqdur. Bu it cinsi brendin ruhuna tamamilə hopmuş cəsarət, inadkarlıq və ekssentrikliyi təcəssüm etdirir: "KARE" şablon və stereotipləri daim rədd edir, ən geniş alıcı auditoriyasını öz yanaşması ilə cəlb edərək moda və trendlərin ardınca getmir, onları yaradır.
"KARE" buldoqu hələ şourumun təntənəli açılışına qədər brendin özünəməxsus tərzli səfirinə çevrilib: artıq aprelin əvvəllərindən etibarən mərkəzində buldoqun təsvir edildiyi heykəl yerləşdirilmiş "KARE" brendli yük maşını şəhərin küçələrində hərəkət edirdi. Həmçinin boynundan dəvətnamə asılmış daha kiçikölçülü heykəl şourumun açılışında bir sıra dizaynerlər, memarlar, bloqçular, interyer dekoru sənətinin biliciləri və ona dəyər verənlər üçün arzulanan "buraxılışı vəsiqəsi"nə çevrildi.
Gecənin musiqili əyləncəsinə cavabdeh DJ Maya Aziz idi. Proqramın kulminasiya anında isə onun performansı "Miles Music Band"in canlı ifası ilə əvəzlənib. Açılış mərasiminin rəsmi hissəsi "KARE" brendinin baş icraçı direktoru Peter Şonxofen və "Italdizain" şirkətinin baş icraçı direktoru Mariya Şişovanın salamlama çıxışı ilə başlayıb.
Gecənin qonaqlarına "KARE Bar Station"dan kokteyllər, brendin arabasında paylanan xüsusi qablaşdırmalı dondurmalar, o cümlədən xatirə üçün polaroid fotoşəkillər təklif edilib. Bundan əlavə, dəvətnamələrin asıldığı buldoq heykəllərinin boyanması üzrə master-klas təşkil olunub – burada hər bir qonaq tədbirin simvolu üzərində öz interpretasiyasını yarada bilərdi.
"KARE" kolleksiya ilə canlı tanışlığa dəvət edir – brendin şourumları öz ziyarətçilərini aşağıdakı ünvanlarda qəbul edir: Səməd Vurğun küç., 34, "AF Mall" (tel.: +994 (51) 201 92 84) və 28 May küç., 22A, "Villeroy&Boch", -1-ci mərtəbə (tel.: +994 (10) 256-45-55). Burada brendin fəlsəfəsini təcəssüm etdirən əşyaları görə, eləcə də peşəkar məsləhət ala bilərsiniz.
"KARE"nin Azərbaycandakı rəsmi distribütoru "Italdizain" şirkətidir. Ətraflı məlumat üçün sayta daxil olun: https://italdizain.az/ru/boutiques/kareafmall.
Reklam hüququnda