Sosial şəbəkələr vasitəsilə vətəndaşlara 51 min manat dələduzluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial şəbəkələr vasitəsilə vətəndaşlara 51 min manat dələduzluq edilib

Qafar Ağayev15:14 - Bu gün
Sosial şəbəkələr vasitəsilə vətəndaşlara 51 min manat dələduzluq edilib

Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə dələduzluq edən 2 nəfər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb.

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51743 manat pulunu ələ keçiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlara tövsiyə olunur ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər