Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib - FOTO

Qafar Ağayev11:01 - Bu gün
Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib - FOTO

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə mayın 4-də Mingəçevir şəhərində ölkəmizdəki Heydər Əliyev mərkəzlərinin respublika müşavirəsi keçirilib.

1news.az xəbər verir ki, müşavirə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
Tədbirdən öncə Ümummilli liderin şəhərin mərkəzindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Sonra müşavirə iştirakçıları və qonaqlar Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi və Ulu öndərə həsr edilən kitablardan ibarət ekspozisiya stendləri ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu öndərin zəngin dövlətçilik irsindən söz açıb, dahi siyasətçinin mədəniyyətimizi milli kimliyimizin təməl daşı kimi dəyərləndirdiyini vurğulayıblar.

Qeyd olunub ki, Ulu öndərin mədəniyyət sahəsinin inkişafı ilə bağlı uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mədəni irsi beynəlxalq təşkilatlarda tanınıb, ölkəmiz mədəniyyətlərarası dioloq və əməkdaşlıq məkanına çevrilib.

Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Rəna Məmmədova mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.

Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Ulu öndərlə görüşləri ilə bağlı xatirələrini bölüşüb.

Sonra səmərəli fəaliyyətinə görə Heydər Əliyev mərkəzlərinin bir qrup əməkdaşı nazirliyin təşəkkürnaməsi ilə təltif olunub.

Proqram çərçivəsində həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Ümummilli liderə həsr olunan “İz” sənədli filmi nümayiş etdirilib, musiqili proqram təqdim edilib.

Müşavirənin ikinci hissəsində Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev mərkəzlərinin rəhbərləri 2025-ci ilin birinci rübü ərzində görülmüş işlər barədə hesabatlarını təqdim edib, aktual məsələlər və nəzərdə tutulan layihələr müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər