Binədə sənədləri olmayan torpaqları sataraq 154 min manat ziyan vuran şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binədə sənədləri olmayan torpaqları sataraq 154 min manat ziyan vuran şəxslər saxlanılıb

15:40 - 07 / 05 / 2025
Binədə sənədləri olmayan torpaqları sataraq 154 min manat ziyan vuran şəxslər saxlanılıb

Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıblar.

1news.az APA-ya istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.

Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər