PAŞA Holding-in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” baş tutub - FOTO

2,3,4 may 2025-ci il tarixlərində, “PASSAGE 1901”-da PAŞA Holding-in təşkilatçılığı, eləcə də Tenity şirkətinin dəstəyi ilə “PASHA Hackathon” 5.0 yarışı keçirildi.
Hakatonun budəfəki mövzusu PAŞA Sığorta tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etmək idi.
Belə ki, yarışçılar 3 gün ərzində PAŞA Sığorta tərəfindən təqdim olunan biznes tapşırıq üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim etdilər.
Keçən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar verildi: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN.
Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. Xatırladaq ki, “PAŞA Holding” tərəfindən “PASHA Hackathon” artıq 5-ci ildir təşkil olunur. “Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.