Ötən gün borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılıb

Qafar Ağayev10:39 - 07 / 05 / 2025
Ötən gün borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılıb

Mayın 6-da ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər