AZAL Hindistana reysini təxirə salıb, Rusiya reysində isə gecikmələr var | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Hindistana reysini təxirə salıb, Rusiya reysində isə gecikmələr var

Qafar Ağayev11:31 - 07 / 05 / 2025
AZAL Hindistana reysini təxirə salıb, Rusiya reysində isə gecikmələr var

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb.

1news.az bu barədə AZAL-a istinadən xəbər verir.

Aviaşirkət bəyan edib ki, uçuşların təhlükəsizliyi rəhbər tutularaq vəziyyət diqqətlə izlənilir və sərnişinlər yeniliklər barədə məlumatlandıracaq.

Bundan başqa, AZAL-ın Bakıdan Rusiyanın paytaxtı Moskvaya yerinə yetirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir. Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər