“TikTok”da özünü şairə kimi təqdim edən İlhamə Elşadqızının məhkəməsi keçirilib

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şairə İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Daha sonra təqsirləndirilən şəxs ifadə verib: “Mən narkoman deyiləm. Mənə böhtan atıblar. Aparıb qanımı yoxladırlar, qanım təmiz çıxdı. Kasıbam, bu yaşıma kimi təmiz yaşamışam. Atam da riyaziyyatçı olub… Evimə qayıtmaq istəyirəm”.
Təqsirləndirilən şəxsin vəkil müvəkkili barəsində olan həbs qətimkan tədbirin ev dustaqlığı ilə əvəzləməsi ilə bağlı vəsatət verib.
Məhkəmə vəsati təmin etməyib.
Növbəti prosesdə şahidlər dindiriləcək. Poses iyunun 11-də davam etdiriləcək.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
“TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.