DİM qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavablarını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavablarını açıqlayıb

Qafar Ağayev10:47 - 26 / 05 / 2025
DİM qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavablarını açıqlayıb

Mayın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb.

DİM-dən 1news.az-a bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını, eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını buradan əldə edə bilərlər.

Qeyd olunub ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.

Paylaş:
112

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər