Bu gün Nizami rayonunda bəzi ərazilərdə su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Nizami rayonunda bəzi ərazilərdə su kəsiləcək

Qafar Ağayev09:06 - 27 / 05 / 2025
Bu gün Nizami rayonunda bəzi ərazilərdə su kəsiləcək

Bu gün Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilir ki, Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 27 may səhər saatlarından axşam saatlarınadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Paylaş:
158

Son xəbərlər

Bütün xəbərlər