Neftçalada evdə təmir zamanı partlayış: ölən və xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada evdə təmir zamanı partlayış: ölən və xəsarət alan var

15:53 - 28 / 05 / 2025
Neftçalada evdə təmir zamanı partlayış: ölən və xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bildirilir ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Paylaş:
125

Son xəbərlər

Bütün xəbərlər