Ərdoğan Laçında Azərbaycan şeirini deyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərdoğan Laçında Azərbaycan şeirini deyib

Qafar Ağayev17:13 - 28 / 05 / 2025
Ərdoğan Laçında Azərbaycan şeirini deyib

Bu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralarını xatırlayıram.

1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

O, Səməd vurğunun Azərbaycan haqda yazdığı şeiri belə səsləndirib:

"El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Obamız, elimiz Azərbaycanla münasibətləri gücləndirərək davam etdirəcəyik".

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər