Ötən gün Azərbaycanda bank kartlarından oğurlanan məbləğ açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Azərbaycanda bank kartlarından oğurlanan məbləğ açıqlanıb

Qafar Ağayev10:30 - 28 / 05 / 2025
Ötən gün Azərbaycanda bank kartlarından oğurlanan məbləğ açıqlanıb

Mayın 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3000, 2000, 1003, 696, 660, 426, 300, 270, 220, 111, 110, 51 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.

Müraciətdə bildirilib ki, naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olmaq tövsiyə edilib.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər