Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

10:19 - 29 / 05 / 2025
Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

Mayın 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 340, 100, 36 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.

Müraciətdə bildirilib ki, naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olmaq tövsiyə edilib,

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər