Milli Məclisin növbədənkənar sessiyası çağırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

13:54 - 30 / 05 / 2025
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı parlamentin 85 deputatı spiker Sahibə Qafarovaya müraciət edib.

Növbədənkənar sessiyanın çağırılmasının səbəbi yaz sessiyası ərzində müzakirəsi yarımçıq qalan qanun layihələrinin, o cümlədən parlamentin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən toplantısında müzakirə edilərək, plenar iclasa tövsiyə olunan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” sənədin müzakirəsidir.

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağıra bilər.

Paylaş:
143

Son xəbərlər

Bütün xəbərlər