Yanvar-aprel aylarında proaktiv qaydada müavinət və təqaüd təyin olunların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanvar-aprel aylarında proaktiv qaydada müavinət və təqaüd təyin olunların sayı açıqlandı

Qafar Ağayev10:47 - 02 / 06 / 2025
Yanvar-aprel aylarında proaktiv qaydada müavinət və təqaüd təyin olunların sayı açıqlandı

Bu ilin yanvar-aprel ayları ərzində 53 450-dən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 53,14%-ni kişilər, 46,86%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 151 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib", - məlumatda qeyd edilib.

Paylaş:
99

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər