Azərbaycan və Serbiya hərbi nümayəndələri müzakirələr aparıblar

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər birgə əməkdaşlıq çərçivəsində görülən işlərin cari vəziyyətini təhlil edib, perspektiv planlara dair müzakirələr aparıb və qarşılıqlı maraq doğuran digər məsələlərdən danışıblar.
132