Naxçıvan və Gəncə istiqamətində İstanbul reysləri AJET aviaşirkəti tərəfindən davam etdiriləcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan və Gəncə istiqamətində İstanbul reysləri AJET aviaşirkəti tərəfindən davam etdiriləcək - FOTO

22:22 - 03 / 06 / 2025
Naxçıvan və Gəncə istiqamətində İstanbul reysləri AJET aviaşirkəti tərəfindən davam etdiriləcək - FOTO

3 iyun 2025-ci il tarixindən etib’liarən Naxçıvan və Gəncə beynəlxalq hava limanlarından İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanına səyahətlər AJET aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Yeni mərhələdə təqdim olunan bu reyslər dairəvi marşrut modeli əsasında təşkil olunub: sərnişinlər eyni uçuş nömrəsi ilə Sabiha Gökçen – Naxçıvan – Gəncə – Sabiha Gökçen marşrutu üzrə və ya əks istiqamətdə səyahət edə biləcəklər.

Bu model həm marşrutların optimallaşdırılması, həm də bir neçə şəhəri birləşdirən daha çevik və funksional uçuş imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni reyslər Azərbaycanın regionlarının turizm və iqtisadi potensialının inkişaf etdirilməsinə, eləcə də sərnişinlər üçün sərfəli, rahat və fasiləsiz səyahət imkanlarının təmin olunmasına yönəlib.

Reyslər və biletlərlə bağlı daha ətraflı məlumatı AJET aviaşirkətinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür: www.ajet.com.

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər