Bəzi çaylarda suyun səviyyəsi artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi çaylarda suyun səviyyəsi artıb

Qafar Ağayev09:24 - 04 / 06 / 2025
Bəzi çaylarda suyun səviyyəsi artıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyunun 4-ü saat 9:00-a olan məlumata əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 83 sm, Qarasuçayda 11 sm, Qudiyalçayda 9 sm, Vəlvələçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda suyun səviyyəsi 7 sm olub.

Bundan başqa, Kürəkçay və Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Həkəriçayda 4 sm, Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 15 sm, Kür-Yevlaxda isə 2 sm artım qeydə alınıb.

Paylaş:
78

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər