İrandan Naxçıvan yolu ilə Türkiyəyə gedən yük maşınında 77 kiloqramdan çox narkotik aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Naxçıvan yolu ilə Türkiyəyə gedən yük maşınında 77 kiloqramdan çox narkotik aşkar edilib

16:59 - 05 / 06 / 2025
İrandan Naxçıvan yolu ilə Türkiyəyə gedən yük maşınında 77 kiloqramdan çox narkotik aşkar edilib

İrandan Naxçıvan yolu ilə Türkiyəyə gedən yük maşınında 77 kiloqramdan çox narkotik vasitə aşkarlanıb.

1news.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “divar paneli” yükü aparan Türkiyə vətəndaşının idarə etdiyi yük maşını Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsasalı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı yük maşınında “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırılma aparılır.

Paylaş:
146

Son xəbərlər

Bütün xəbərlər