Lənkəranda itkin düşən şəxs axtarılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda itkin düşən şəxs axtarılır

10:04 - 05 / 06 / 2025
Lənkəranda itkin düşən şəxs axtarılır

Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 55 yaşlı kişi itkin düşüb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər