Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

08:59 - 06 / 06 / 2025
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

1news.az "Report"a istinadən xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir.

Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.

Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, bu il iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Paylaş:
180

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər