“Səmaya Səyahət” - Deputatın təşəbbüsü ilə məktəblilər üçün maarifləndirici tədbir keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Səmaya Səyahət” - Deputatın təşəbbüsü ilə məktəblilər üçün maarifləndirici tədbir keçirildi - FOTO

10:22 - 11 / 06 / 2025
“Səmaya Səyahət” - Deputatın təşəbbüsü ilə məktəblilər üçün maarifləndirici tədbir keçirildi - FOTO

Abşeron rayonu Güzdək qəsəbəsinin tam orta məktəbinin şagirdləri üçün “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə “Səmaya Səyahət” adlı maarifləndirici tədbir keçirdik.

1news.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova paylaşım edib.

O, deyib ki, tədbirin məqsədi uşaqların hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyə olunmaları, dünyagörüşünün zəngiləşdirilməsi, habelə gənc nəslin aviasiyanın maraqlı və məsuliyyətli dünyasını yaxından kəşf etməsinə şərait yaratmaq, onları bu sahənin incəlikləri və peşəkar inkişaf imkanları ilə tanış etməkdir.

"Tədbir zamanı öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraiti olan “Silkway Technics” şirkətinin anqar kompleksi ilə tanış oldular.

Məktəblilər aerovağzal ərazisini gəzdilər. Burada aviasiya təhlükəsizliyi kinoloji xidmətinin işçiləri uşaqlara itlərin saxlanılması təlimi və “insanın etibarlı dostlarının” sərnişinlərin təhlükəsizliyinin təmin olunması və qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat verdilər".

"Ekskursiyanın növbəti məkanı aeroportun yanğınsöndürmə xidməti oldu" - deyə deputat əlavə edib:

"Yanğınsöndürmə xidmətinin nümayəndələri uşaqlara yanğınsöndürmə maşınının quruluşu barədə danışıb, yanğınsöndürənlərin döyüş geyimi, yanğın xilasedici qurğuları nümayiş etdirib, su və köpüyün necə vurulduğunu göstərdilər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğınsöndürənlərin yanğın baş verdiyi halda hansı telefon nömrəsini yığmalı və təhlükəli vəziyyətdə nə etməli kimi suallara cavab verərkən yüksək bilik nümayiş etdirdilər.

Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri ilə tanışlıqla başa çatdı.

İnanırıq ki, uşaqlar üçün səma artıq yalnız baxdıqları yer deyil, xəyallarının və imkanlarının sərhədsiz dünyasına açılan qapıdır. Bu dünyanı yeni nəsillərə açmaq bizim üçün böyük sevincdir!"

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər