Xırdalanda yanğın söndürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda yanğın söndürülüb - YENİLƏNİB

14:45 - 12 / 06 / 2025
Xırdalanda yanğın söndürülüb - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

13:45

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
217

Son xəbərlər

Bütün xəbərlər