İsrail Tehrana raket daşıyan yük maşınlarını vurdu

İsrail ordusu Tehrana raket daşıyan yük maşınlarını məhv etdiyini açıqlayıb.
1news.az-ın məlumatına görə, ordudan verilən bəyanatda bildirilib ki, raket və silah daşıyan bir neçə yük maşınının İranın qərbindən Tehrana doğru hərəkət etdiyi müəyyən edilib.
"Tehrana istiqamətlənən 'yer-hava' tipli raket qurğularını daşıyan yük maşınları daxil olmaqla, bir neçə silah yüklü nəqliyyat vasitəsi izlənilərək hədəfə alınıb. Ordumuz bu maşınlara zərbələr endirib, silah və atıcı heyəti zərərsizləşdirib", – açıqlamada qeyd olunub.
86