Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Qafar Ağayev09:22 - 17 / 06 / 2025
Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

Adıçəkilən şəxsdən 1 kiloqrama yaxın marixuana və 350 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
154

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər