Bakıda QDİƏT PA-nın plenar sessiyası keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda QDİƏT PA-nın plenar sessiyası keçirilir

10:03 - 18 / 06 / 2025
Bakıda QDİƏT PA-nın plenar sessiyası keçirilir

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçirilir.

1news.az xəbər verir ki, tədbirdə bir neçə ölkənin parlament sədrləri ilə yanaşı, xeyli sayda deputat və xarici qonaq iştirak edir.

Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova plenar sessiyada açılış nitqi ilə çıxış edəcək.

Tədbir çərçivəsində təşkilatın bir neçə komitəsinin iclasları keçiriləcək, o cümlədən bir sıra təşkilati məsələlərə baxılacaq.

Plenar sessiyada isə “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Tədbir çərçivəsində QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.

Paylaş:
161

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər