Son üç ayda ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 12 müraciət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Son üç ayda ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 12 müraciət edilib

Qafar Ağayev14:17 - Bu gün
Son üç ayda ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 12 müraciət edilib

Bu ilin ötən dövründə ilansancma ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 12 müraciət daxil olub. Bunlardan 1-i aprel ayında, 6-sı mayda, 5-i isə iyunun 21-dək edilib.

Bu barədə 1news.az-a müsahibəsində sözügedən şöbənin həkim-toksikoloqu Aynur Məmmədova məlumat verib.

“Ən ağır xəstə bu yaxınlarda Qax rayonundan gəlmişdi. İlan xəstənin çiynindən sancmışdı. Vəziyyəti çox ağır idi. Qan köçürdük, zərdab etdik. 3 həftədən sonra tam sağlam vəziyyətdə evə getdi”, - deyə həkim-toksikoloq bildirib.

Hazırda ilanların çox təhlükəli olduğunu qeyd edən A. Məmmədova vətəndaşları diqqətli olmağa çağırıb:”İyun ayında ilanlar çox təhlükəli olur. İlanlar qış yuxusundan ayılıb, çinədanları zəhərlə doludur. İlanlar çinədanlarını boşaltmalıdır. Ona görə də ehtiyatlı olmaq lazımdır”.

Həkim-toksikoloq, həmçinin vurğulayıb ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ilan sancan vətəndaşların müalicəsi üçün hər cür şərait var. “Zərdabımız var. Hər gün 10 nəfər ilan sancan vətəndaşı qəbul edə bilərik”, - deyə A. Məmmədova diqqətə çatdırıb.

Həkim-toksikoloq A.Məmmədovanın müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər