İran: Nüvə fəaliyyətində fasilə yaşanmaması üçün plan quruldu

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ hücumundan sonra nüvə obyektlərində vəziyyətlə bağlı açıqlama verib.
1news.az xəbər verir ki, o bildirib ki, fəaliyyətin dayanmaması üçün öncədən hazırlıq görülüb və hazırda obyektlərdə zərər dəyərləndirməsi aparılır. "Planımız istehsal və xidmət prosesində hər hansı fasilənin qarşısını almaqdır", – deyə İslami vurğulayıb.
Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) rəhbəri Rafael Mariano Qrossi İranın xarici işlər naziri Abbas Əraqçidən görüş istəyib. Qrossi bu təşəbbüsün nüvə proqramı ilə bağlı mübahisələrin diplomatik həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
91