İçərişəhərin tarixi divarları bu günlərdə bənzərsiz bir sənət hadisəsinə şahidlik edir | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərin tarixi divarları bu günlərdə bənzərsiz bir sənət hadisəsinə şahidlik edir

Qafar Ağayev17:02 - Bu gün
İçərişəhərin tarixi divarları bu günlərdə bənzərsiz bir sənət hadisəsinə şahidlik edir

Tanınmış Azərbaycan rəssamı və heykəltəraşı Mir Teymur Məmmədovun emalatxanasında baş tutan duet-simpozium, Azərbaycan və İordaniyadan olan iki istedadlı sənətkar – Mir Teymur Məmmədov və Marvan Ahmad Tavahan – arasında yaradıcı dialoqun canlı platformasına çevrilib.

1news.az xəbər verir ki, simpozium 13 iyun tarixindən start götürüb və 26 iyun tarixinədək hər gün saat 10:00-dan 19:00-dək davam edir. Bu müddət ərzində hər kəs sənət əsərlərinin yaranma prosesini canlı izləmək imkanı əldə edir. Ziyarətçilər, sənətçilərlə birbaşa ünsiyyət qura, ideyaların necə formalaşdığını, palitradan gilə, fırçadan kompozisiyaya qədər bütün yaradıcı prosesi yaxından müşahidə edə bilirlər.

Simpoziumun məqsəd yaradıcı dialoq aparmaq, müxtəlif sənət baxışlarını bölüşmək və tamaşaçını sənət əsərinin doğulma anına şahid etməkdir. Fərqli mədəniyyətlərin ortaq yaradıcılıq ruhu ilə yoğrulduğu bu proses, həm də sənətkarlar arasında anlaşmanın və harmoniyanın real nümunəsidir.
İştirak tamamilə sərbəstdir, lakin yalnız öncədən qeydiyyatla mümkündür.
Simpozium çərçivəsində ərsəyə gələn əsərlər 30 iyun tarixində Bakı Fotoqrafiya Evində açılacaq xüsusi sərgidə nümayiş olunacaq.

Paylaş:
193

Son xəbərlər

Bütün xəbərlər