“Sputnik Azərbaycan”ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılıblar.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, onlar hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.
Qeyd edək ki, bu gün “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilib. Polis ofisi nəzarətə götürüb.
Xatırladaq ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.















84