FHN: Ötən həftə 869 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən həftə 869 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO

Qafar Ağayev11:24 - Bu gün
FHN: Ötən həftə 869 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 869 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 6-sı azyaşlı olmaqla 46 nəfər xilas edilib, 7 nəfər xəsarət alıb, 27 nəfər təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər